Hidrosefaliya, hidro – su ve sefali – baş sözlərinin birləşməsindən əmələ gəlib beyində normadan çox suyun (beyin-onurğa beyni mayesi) yığılması ilə özünü göstərir. Beynin daxilində olan və mədəcik (ventrikul) adlanan boşluqlarda suyun artması kəllə daxili təzyiqin yüksəlməsinə, nəticədə beynin sıxılaraq zərər görməsinə səbəb olur. Yetişkin insanda gün boyu 450-500 ml beyin-onurğa beyni mayesi əmələ gəlir və eyni miqdarda geri əmilir. Beyni travmalardan qoruyan, qidalanmasında rol oynayan və kəllədaxili təzyiqi tənzimləyən suyun əmələ gəlməsi ilə əmilməsi arasında tarazlıq pozulduğu zaman hidrosefaliya xəstəliyi yaranır. Hidrosefaliya hər yaşda görülsə də ən çox yenidoğan və uşaqlarda daha sonra isə 60 yaşın üstündə rastgəlmə tezliyi daha yüksəkdir. Təxminən hər 500 doğuşdan birində hidrosefaliya görülür. Anadangəlmə olabiləcəyi kimi beyin qanaması, kəllə-beyin travmaları, beyin şişləri, vaxtından tez doğuşa bağlı qanama (germinal matriks qanaması) və meningitlərdən sonra əmələ gəlir.
Simptomlar:
- Yenidoğulanlarda (0-2 ay); Başın normaldan çox böyüməsi, başın dərsinin incəlməsi və damarların üzə çıxması, qusma, gözlərin aşağıya baxması, qıcolmalar və s.
- Uşaqlarda (2 ay və yuxarı); Başın anormal böyüməsi, baş ağrısı, qusma, bədən hərarətinin yüksəlməsi, iki görmə, yerimə və nitqdə zəifləmə, yuxun pozulması, qıcolmalar və s.
- Yaşlılarda; Yerimənin gedərək yavaşlaması və qısa addımlarla yerimə, müvazinətin pozulması, baş ağrısı, sidik qaçırma, yaddaşın pozulması və s.
Diaqnoz klinik (nevroloji muayinə, başın dairəsinin ölçülməsi) və instrumental (KT, MRT, Ultrasonografiya) muayinələrlə qoyulur.
Hidrosefaliyanın müalicəsi
Hidrosefaliya xəstəliyinin konservativ yollarla müalicəsi mümkün değil. Sadəcə beyin və sinir cərrahı mütəxəssisi tərəfindən icra olunan əməliyyatlarla müalicə oluna bilər. İcra olunacaq əməliyyatın növü neyrocərrah tərəfindən hidrosefaliyanın altda yatan səbəbinə ve hidrosefaliyanın növünə görə müəyyən edilir.
Xəstələrin bir çoxunda (xüsusilə yenidoğulanlarda) beyin ourğa beyni mayesinin normal axımı berpa etmək mümkün olmadığı üçün beyindaxili maye qapalı formada vücudun başqa boşluğuna axıdılır. Bu əməliyyatlarda xüsusi silikon borular - “şunt” istifadə edilir. Borunun bir ucu beyin boşluğuna, digər ucu ise qarın (bəzən plevra boşluğu) boşluğuna yeridilir və iki boru “pompa” vasitəsi ilə birləşdirlir. Nəticədə beyin mayesi təzyiq yüksəldikcə bir tərəfli olaraq qarın boşluğuna axıdılır.
Hidrosefaliyanın müalicəsində istifadə olunan daha müasir əməliyyat “endoscopic third ventriculostomy” əməliyyatıdır. Bu əməliyyatda endoskop vasitəsi ilə beyin daxilində yeni yol açılaraq suyun beyin daxilində dövranı bərpa edilir. Hansi cərrahi əməliyyatın icra edilməsini beyin ve sinir cerrahı hidrosefaliyanın növünə görə müəyyən edir.
Əməliyyatdan sonra diqqət olunması gərəktirən meqamlar:
- Əməliyyat yərində və şuntun trasesində qızarıqlıq və həssaslıq
- Xəstədə ürəkbulanma / qusma və narahatçılıq
- Baş ağrısı, iki görmə, yükək hərarət, qarın ağrısı, qıcolma və s. bu kimi şikayətlərin olması zamanı tez bir zamanda həkimə müraciət etmək mütləqdir!
Spina bifida
Spina bifida ayrılmış və ya açıq onurğa deməkdir. Ən çox görülən anadangəlmə xəstəliklərdən biridir. Onurğa beyni sinirlərdən meydana gələn qapalı bir borudur. Dölün ana bətnində inkişafı zamanı sinir borusu açıq vəziyyətdə olur, sonra zamanla qapanaraq boru halına gəlir. Bu qapanma prosesi müəyyən səbəblərdən (ən çox görülən səbəb fol turşusunun yetərsiz olması) pozularsa uşaq spina bifida ilə dünyaya gəlir. Spina bifidanın açıq və qapalı formaları olur.
Açıq spina bifida;
- Mielomeningosel. Spina bifidanın en ağır formasıdır. Yenidoğulanın bel-oma nahiyəsində bir neçə onurğa açıq qalır, nəticədə onurğa beynini qoruyan zarlar arxaya dartılaraq kisə formalaşır. Bu kisədəki sinirlərin üzəri açıq olduğu üçün onurğa beyni mayesi axıntısı görülür və sinirlər ciddi zərər görəbilir.
- Meningosel. Bu formada da yenidoğanın bel-oma nahiyəsində kisə görülür. Ancaq beyin zarı qapalı olduğu üçün maye axıntısı olmur, kisənin üzərində dəri olur və onurğa beyni adətən normal inkişaf edir.
Qapalı spina bifida
Spina bifidanın ən çox görülən və ən yüngül formasıdır. Bel-oma nahiyəsindəki dəri təmamən normal olabilər, bəzən də deridə qıllanma, kiçik dəlik şəklində olabilər. Cox təsadüfən üzə çıxır və adətən tibbi müdaxiləyə ehtiyac görülmür.
Spina bifidanın müalicəsi
Qapalı spina bifidalarda adətən heç bir müalicəyə ehtiyac olmasa da açıq tiplərdə cərrahi müdaxilə qaçınılmaz olur. Doğuştan sonra ilk bir həftə ərzində mielomeningosel və ya menigosel kisəsi cərrahi yolla bağlanır. Bu şəkildə həm kosmetik olaraq defekt bağlanır həm də sinirlərin xariclə təması aradan qaldırılaraq yenidoğanın meningit olma riskinin qarşısı alınır.