Fəqərəarası disklərin degenerasiyası normal yaşlanma əlamətlərindəndir. Organizm yaşlandəqca fəqərəarası disklər tərkibində olan suyu itirir (birnöv quruyur), elastikliyini itirdiyi üçün yumsaq dəstək rolunu oynaya bilmir.
Degenerativ proses irəlilədikcə, qonşu fəqərələr arasında qeyri stabilliyə səbəb olur. Buda öz növbəsində onurğa beynini, sinir köklərini sixir və nəticədə ətraflarda ağrı, keyimə və gücsüzlüyə səbə olur.
İlk növbədə belə xəstələrə yanaşma konservativ olmalıdır. Ağrını aradan qaldırmaq və fizioterapiya tətbiq etmək lazımdır. Əgər yuxarıdakı tədbirlər nəticə verməzsə, cərrahi müdaxılə təyin olunmalıdır..
Degenerativ disk xəstəliklərində, prosesin gedishinə və xəstənin vəziyyətinə uygun olaraq müxtəlif növ cərrahi prosedurlar mövcuddur.
Fəqərəarası disk yırtıqları
Disk yırtıqları onurğa sütunu boyunca hər seqmentdə baş verə bilər. Fəqərəarası disk yırtıqları əsasən bel və boyun nahiyyəsində daha tez-tez görülür. Döş fəqərələrinin disk yırtığı nadir görülən xəstəlikdir.
Yüngül hallar əsasən konservativ müalicə və yataq istirahəti ilə keçir. Amma onurğa beyninə və ya sinir köklərinə ciddi basqı varsa simptomlar keçməyə bilər. Bu halda Minimal İnvaziv Diskektomiya əməliyyatı icra oluna bilər.
Onurğa Kanalı Daralması
Onurğa beynini və sinir köklərini qoruyan onurğa kanalı zaman keçdikcə müxtəlif səbəblərdən darala bilər. Daralma onurğa beynini kompressiya etdiyi halda – Stenoz yaranir. Belə xəstələrin əsas şikayəti, aşagı ətraflarda kəskin ağrı, keyimə, gücsüzlük və ağırlıq hissi olur.
Onurğa kanalı daralması üçün ümumi müalicə olaraq fizioterapiya, epidural steroid inyeksiyası, qeyri-steroid ilthiab əleyhinə preparatlardir.
Əgər xəstəyə cərrəhi müdaxilə gərəkərsə, daralmanin hansı nahiyyədə olmasından asılı olmayaraq, müxtəlif növ cərrahi üsullarla daralma aradan qaldırıla bilər.
Fəqərə sürüşməsi
Fəqərə sürüşməsi onurğa deformasiyalarına aid olub, fəqərənin özündən aşağıda yerləşən qonşu fəqərə üzərindən sürüşərək yerdəyişməsi ilə xarakterizə olunur. Adətən bel nahiyyəsində baş verir.
Bu halda onurğa beyni və ondan çıxan sinir kökləri əzilir, nəticədə kəskin ağrı, zəiflik və keyimə baş verir.
Fəqərə sürüşməsi uşaqlarda və böyüklərdə görülən haldır. Uşaqlarda əsasən beşinci bel fəqərəsində görülür və irəliləyən illərdə təzyiq nəticəsində fəqərə cisminin sınığına səbəb olur. Yaşlılarda isə bu proses artrit və degenerative xəstəliklərlə əlaqəlidir
Onurğa Sütunu Travmaları
Onurğa Sütununun travmaları zamanı, baş beyinden ətraflara ötürülən siqnalların daşınması pozulur. Travmanin ağırlığınnan asılı olaraq insan ətraflarda olan hərəkət qabiliyyətini ya tamamən ya da qismən itirə bilər. Bundan əlavə travmalar sonrası xəstə təbii ehtiyaclarını görməyə bilər. Onurğa sütunu travmalarına vaxtında müdaxilə olunarsa, bu halların qarşısı alına bilər.
Onurğa Törəmələri
Onurğa törəmələri dedikdə, onurğa sütunundan, ətraf toxumalardan, onurğa beynindən və örtük qişalarından inkişaf edən törəmələr nəzərdə tutulur. Həm onurğa sütunu, həm də onurğa beynindən yaranan törəmələr baş beyndən yaranan törəmələrə nisbətən azlıq təşkil edir. Törəmələr birincili və ya metastatik, xoşxassəli və ya bədxassəli ola bilər. Onurğa sütununun metastatik törəmələri əsasən döş, ağ ciyər və prostat xərcəngindən metastaz verir.
Törəmənin xoşxassəli və ya bədxassəli olmasına baxmayaraq onurğa beyninə və sinir köklərinə kütlə effekti göstərir və buda öz növbəsində ağrıia və nevroloji çatışmazlığa səbəb olur. Sümük toxumasından inkişaf edən törəmələrdə eyni effekti göstərə bilər.
Qeyd etdiyimiz kimi, törəmələr onurğa beynindən və onu örtən qişalardanda inkişaf edə bilər və bu törəmələr yerləşmə baxımından sərt qişanin daxilində (intradural) və xaricində(extradural) yerləşə bilər. Onurğa beyni törəmələrində ağrı əsasən lokal olur və umumi zəiflik, keyimə və yorgunluxla özünü biruzə verir.
Törəmə xasiyyətindən asılı olmayaraq götürülməli və ətraf toxumalara yayılmanin qarşısı alınmalıdır. Ən əsası törəmənin çıxarılması onurğa beyində geridönməyən zədələnmədən öncə həyata keçirilməlidir.
Digər onurğa xəstəlikləri
- Onurğa beyninin araxinoidal kistası
- Mielomeningosel
- Spina bifida
- Arteriovenoz malformasiyası
- Arterio-venoz fistula
Chiari (Xiyari) Malformasiyası
Xiyarı malformasiyası anatomik struktur defekti olub, arxa kəllə çuxurunda beyinciyin sıxılması və beynin onurğa beynə başlanğıc verdiyi kanalda sıxışmasiynan görülən xəstəlikdir. Beyincik bizim müvazinətimizi və başqa bir cox funksialarımızı yerinə yetirən orqandır.
Beyincik foramen magnumda sıxışdığı zaman beyin kötüyünü sıxa və Beyin Onurğa Mayesinin sirkulyasiyasında problemlər yarada bilər. Əsasən anadangəlmə xəstəlikdir amma sonradanqazanılmış formalarıda görülmüşdür. Bir neçə növü vardır və əsasən müalicəsi cərrahi müdaxilə ilə aparılır.