• Uzman Neyrocərrah Dr. Tural Rəhimlinin və Bakı Neyrocərrahiyyə Mərkəzininin rəsmi veb səhifəsi

Dr. Tural Rəhimli

Mərkəzin rəhbəri, uzman neyrocərrah

Dr. Tural Rəhimli

Dr. Tural Rəhimli 1982-ci ildə Bakıda, ziyalı ailəsində dünyaya gəlmişdir. Atası fizik, anası həkimdir.

Orta təhsilini tamamladıqdan sonra 1999-cu ildə Azərbaycan Tibb Universitetinə qəbul olmuş və 2005-ci ildə müvəffəqiyyətlə bitirmişdir.

Dr. Tural Rəhimli 2006-2007-ci illər ərzində Türkiyə Cumhuriyyətində Həkimlik diplomunu təsdiq etdirmiş və TUS imtahanında müvəffəqiyyət qazanaraq, Hacettepe Universiteti "Beyin və Sinir Cərrahiyyəsi"ndə uzmanlıq təhsili almağa haqq qazanmışdır.

2008-ci ildə Uzmanlıq təhsilinə başlamış və 2014-cü ildə təhsilini uğurla yekunlaşdırmışdır.

Bu illər ərzində 2500-dən çox beyin əməliyyatlarında iştirak etmiş, bir çoxunu sərbəst şəkildə icra etmişdir.

Endoskopik hipofiz cərrahiyyəsi, Epilepsiya cərrahiyyəsi və Dərin yerləşimli beyin şişləri cərrahiyyəsində xüsusi maraq göstərmiş və dərin təcrübəyə yiyələnmişdir.

Bir çox xarici kurs və kongrelərdə iştirak etmiş və məruzəçi olmuşdur.

NASBS (North American Skull Base Society) – Şimali Amerika Kəllə Əsası Cərrahları Cəmiyyətinin yeganə Azərbaycanlı Üzvüdür.

Həkimə yazın və ya

komandamızın digər üzvləri

Mənim həmkarlarım