• Uzman Neyrocərrah Dr. Tural Rəhimlinin və Bakı Neyrocərrahiyyə Mərkəzininin rəsmi veb səhifəsi

Dr. Tural Rəcəbov

assistan neyrocərrah

Dr. Tural Rəcəbov

Tural Rəcəbov 1989-cu il 2 Sentyabr tarixində Zaqatala şəhərində dünyaya gəlmişdir.

2016-cı ildə Tbilisi Dövlət Tibb Universitetindən məzun olmuşdur. Təhsilini ingilis dilində almışdır.

Təcrübəsini 2016-2017 – ci illərdə Tbilisidə yerləşən İnnova Klinikasında Neyrocərrahiyə şöbəsində çalışaraq tamamlamışdır.

2011-2014-cü illərdə Tbilisi Dövlət Tibb Universitetində Eksperimental Laboratoriyada çalışmışdır.

2012-ci ildə “Gudushauri” Klinikasında Ümumi Cərrahiyə şöbəsində gecə növbəsində çalışmışdır.

2013-2014-cü illərdə isə iş həyatına Ilia Universitetində İnnovativ Biotexnologiya Laboratoriyasında davam etmişdir.

2018-ci ildən günümüzə qədər Baku Medikal Plazada Assistan Neyrocərrah olaraq fəaliyyət göstərir.

Nümunəvi tələbə və işçi olan doktor Tural Rəcəbovun "İnnova" MMC-nin Neyrocərrahiyyə şöbəsinin müdiri İrakli Çelişvili, Tbilisi Dövlət Tibb Universitetinin Klinik Anatomiya şöbəsinin müdiri, İlia Dövlət Universitetindəki kök hüceyrələr və toxuma mühəndisliyi mərkəzinin direktoru professor Zurab Kakabadze, Tibb Tədqiqatları İnstitutu - İlia Dövlət Universitetinin dosenti İvane Abiatari tərəfindən tövsiyyə məktubları vardır.

Təhsil aldığı və çalışdığı müddətdə yaxın Türkiyə və Amerika kimi bir sıra ölkələrdə ixtisası üzrə konfranslarda iştirak etmiş və sertifikatlar almışdır.

İngilis, Rus, Türk və Gürcü dillərini bilir.

Həkimə yazın və ya

komandamızın digər üzvləri

Mənim həmkarlarım